<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>542</hymn_number>
<title>Ürəyim əzəldən yaralı mənim İL542</title>
<lyrics>[V1]
 Ürəyim əzəldən yaralı mənim,
 Gördün ağrısını Sən ürəyimin.
 Qoyuban məlhəmi Sən yarama
 Verdin təsəllini mənə, Allahım.

[C1]
   Nə qədər vuruşub çarpışsam da mən,
   Nə qədər göz yaşı axıtsam da mən,
   Ürəyim sakitlik görmürdü bir an;
   Sən verdin ürəyimə dözüm, Allahım.

[V2]
 Heç xoşbəxt deyildim mən bu dünyada
 Tapdım xoşbəxtliyi Səndə, Allahım.
 Eşidib Sən mənim ahlarımı
 Sildin gözlərimdən göz yaşlarımı.

[V3]
 Qəlbim, varlığım, bütün həyatım
 Sənə bağlanıbdır, mənim Allahım.
 Sonu puç olan bu dünyada
 Sən verdin ürəyimə dinclik, Allahım.

[C2]
   Dilimdə, nəğməmdə izzətlənirsən,
   Mənimçün yeganə ümid yerisən.
   Başımın tacısan, dərdim əlacı,
   Əbədi həyatım Sənsən, Allahım.</lyrics>
</song>